AZ

Mirziyoyev: Özbəkistan ilk peykini və kosmonavtını kosmosa göndərəcək



Özbəkistan müstəqillik qazandıqdan bəri ilk dəfə olaraq süni peyk və ilk vətəndaşını kosmosa göndərməyi planlaşdırır.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Prezident Şavkat Mirziyoyev deyib.

"Müstəqil Özbəkistan tarixində ilk dəfə olaraq süni peykin kosmosa buraxılması və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtının hazırlanması işlərinə başladıq", - deyə o bildirib.

Mirziyoyev əmin olduğunu bildirib ki, bu, ölkənin elmi və texnoloji inkişafına güclü təkan verəcək və milli inkişafı yeni səviyyəyə qaldıracaq.

Qeyd edək ki, 2028-ci ildə Özbəkistan Səmərqənddə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edən ilk Orta Asiya ölkəsi olacaq.

Süleyman
Seçilən
8
1
newscenter.az

3Mənbələr