AZ

Ağdamın Xıdırlı və Xocalının Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb  

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dekabrın 26-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamın Xıdırlı və Xocalının Seyidbəyli kəndlərinə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Ağdamın Xıdırlı kəndinə 64 ailə - 278 nəfər, Seyidbəyli kəndinə isə 11 ailə - 48 nəfər köçürülür. Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.

Seçilən
13
2
azerbaijan-news.az

3Mənbələr