AZ

Ağdamın Xıdırlı və Xocalının Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb

Ağdam, 26 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dekabrın 26-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamın Xıdırlı və Xocalının Seyidbəyli kəndlərinə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Ağdamın Xıdırlı kəndinə 64 ailə - 278 nəfər, Seyidbəyli kəndinə isə 11 ailə - 48 nəfər nəfər köçürülür. Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.

Seçilən
41
2
azertag.az

3Mənbələr