AZ

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yenilənmiş veb-saytı istifadəyə verilib - FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müasir texnologiyalar əsasında hazırlanmış yeni rəsmi veb-saytı ictimaiyyətin istifadəsinə verib.

Bu barədə Day.Az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, həm funksionalığı, həm də dizayn baxımından innovativ tələblərə uyğunlaşdırılaraq proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsipləri və yeniliklər tətbiq olunub.

Belə ki, sözügedən internet səhifəsində abidələr və muzeylər üzrə ətraflı və strukturlaşdırılmış məlumat bazası və həmçinin İçərişəhər ərazisində baş tutacaq tədbirlər haqqında müasir təqvim sisteminə əsaslanaraq tam və aktual məlumat bazası yerləşdirilib. Hər bir istifadəçi təqvimə keçid edərək tədbirlərin formatından asılı olaraq maraq doğuran proqramda iştirak edə, gələcək layihələr haqqında məlumat əldə edə bilər. Yeni sayt sadə və müasir interfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətli çıxış imkanı yaratması ilə yanaşı çoxdilli dəstək funksiyası saytı Azərbaycan və ingilis dillərində istifadə oluna bilən əlçatan platformaya çevirir.

Hazırda Qoruq İdarəsinin saytına https://www.icherisheher.gov.az/ ünvanına keçid edərək yaxından tanış olmaq mümkündür.

  • “İçərişəhər”
  • “İçərişəhər”
Seçilən
24
9
day.az

10Mənbələr