AZ

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yenilənmiş veb-saytı istifadəyə verilib

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müasirtexnologiyalar əsasında hazırlanmış yeni rəsmi veb-saytıictimaiyyətin istifadəsinə verib.

Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-MemarlıqQoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, həm funksionalığı, həm də dizayn baxımındaninnovativ tələblərə uyğunlaşdırılaraq proqram təminatı və tərtibolunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsipləri vəyeniliklər tətbiq olunub.

Belə ki, sözügedən internet səhifəsində abidələr və muzeylərüzrə ətraflı və strukturlaşdırılmış məlumat bazası və həmçininİçərişəhər ərazisində baş tutacaq tədbirlər haqqında müasir təqvimsisteminə əsaslanaraq tam və aktual məlumat bazası yerləşdirilib.Hər bir istifadəçi təqvimə keçid edərək tədbirlərin formatındanasılı olaraq maraq doğuran proqramda iştirak edə, gələcək layihələrhaqqında məlumat əldə edə bilər. Yeni sayt sadə və müasirinterfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətliçıxış imkanı yaratması ilə yanaşı çoxdilli dəstək funksiyası saytıAzərbaycan və ingilis dillərində istifadə oluna bilən əlçatanplatformaya çevirir.

Hazırda Qoruq İdarəsinin saytına https://www.icherisheher.gov.az/ ünvanına keçid edərəkyaxından tanış olmaq mümkündür.

Seçilən
56
9
az.trend.az

10Mənbələr