AZ

Vəfa Şərifovanı təhqir edən qadınla bağlı qərar

Şirvan Apellyasiya Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir edərək barəsində xüsusi ittiham qaydasında qərar çıxarılımış Arzu Məmmədovanın apellyasiya şikayətinə baxılıb.

"Cebheinfo.az" pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında "TikTok" platformasında "zuzu_muzisiyev" adlı hesabla Vəfa Şərifovanı təhqir edib.

Xocavənd Rayon Məhkəməsinin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub.

"Cebheinfo.az"

Seçilən
29
16
cebheinfo.az

10Mənbələr