Şirvan Apellyasiya Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir etdiyinə görə barəsində xüsusi ittiham qaydasında qərar çıxarılımış Arzu Məmmədovanın apellyasiya şikayətinə baxılıb.
7News.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında "TikTok" platformasında "zuzu_muzisiyev" adlı hesabla Vəfa Şərifovanı təhqir edib.
Xocavənd Rayon Məhkəməsinin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub.