AZ

Bəhruz Məhərrəmov: Prezidentin Ağdam çıxışı yol xəritəsi rolunu oynayır

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Prezidentin Ağdamdakı çıxışı bizlər üçün yol xəritəsi hesab edilməlidir. Prezidentin səsləndirdiyi tezislər ciddi xəbərdarlıq mahiyyətinə malikdir. Biz region tarixinin ən böyük hərbi-siyasi hadisəsi olan 44 günlük savaşın fərqindəyik.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bölgədə sülhün və rifahın memarı İlham Əliyevdir və cənab prezidentin direktivləri rəhbər tutulmaqla yeni təşəbbüslər formalaşdırılmalıdır.

“Bu proseslərdə kimin bizim yanımızda olub-olmadığı açıq şəkildə üzə çıxacaq. Bəzi şəxslər isə saxta Azərbaycan tarixi yazmaqla bağlı təşəbbüslər irəli sürüblər”, – deyə B.Məhərrəmov əlavə edib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
bakivaxti.az

2Mənbələr