AZ

"Prezidentin Ağdam çıxışı yol xəritəsi rolunu oynayır" - BƏHRUZ MƏHƏRRƏMOV

"Prezidentin Ağdamdakı çıxışı bizlər üçün yol xəritəsi hesab edilməlidir. Prezidentin səsləndirdiyi tezislər ciddi xəbərdarlıq mahiyyətinə malikdir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, biz region tarixinin ən böyük hərbi-siyasi hadisəsi olan 44 günlük savaşın fərqindəyik: "Bölgədə sülhün və rifahın memarı İlham Əliyevdir və cənab prezidentin direktivləri rəhbər tutulmaqla yeni təşəbbüslər formalaşdırılmalıdır. Bu proseslərdə kimin bizim yanımızda olub-olmadığı açıq şəkildə üzə çıxacaq. Bəzi şəxslər isə saxta Azərbaycan tarixi yazmaqla bağlı təşəbbüslər irəli sürüblər".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
4
1
sia.az

2Mənbələr