AZ

İran İraqa qaz tədarükünü dayandırdı



İran hakimiyyəti qonşu İraqa qaz tədarükünün tamamilə dayandırıb.

Newscenter.az xəbər verir ki, bu barədə İraq Elektrik Nazirliyi məlumat verib.

Tehran Bağdada qaz tədarükünü dayandırmasının əsas səbəbləri kimi qışın soyuq hava şəraitində keçməsini, eyni zamanda texniki problemləri göstərib. İraqda qaz əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunur.

Nazirlik bildirir ki, İran ixracının dayandırılması səbəbindən Bağdad 4000 ilə 4500 kilovatt arasında elektrik enerjisi itirib. Qurum hazırda yerli elektrik stansiyalarının ümumilikdə təxminən 17000 kilovatt elektrik enerjisi istehsal etdiyini vurğulayıb.

Vaşinqton əvvəllər Bağdadın ABŞ sanksiyaları altında olan İrandan elektrik enerjisi idxalına icazəni yeniləmək tələbini dəfələrlə rədd etmişdi. Bu arada, İraq hökuməti ölkənin hazırda İrandan qaz idxalına alternativi olmadığını bildirib.

Cavid
Seçilən
153
11
newscenter.az

10Mənbələr