Vətəninfo.az xəbər verir ki, dünən İraqın Elektrik Enerjisi Nazirliyi İrandan təbii qaz tədarükünü tamamilə dayandırdığını elan edib.
Nazirliyin yaydığı məlumata görə, tədarükün kəsilməsi nəticəsində ölkədə bəzi enerji blokları fəaliyyətini dayandırıb, digər elektrik stansiyalarında isə istehsal gücü azalıb. Bu səbəbdən ölkənin elektrik şəbəkəsindən 4000–4500 meqavat enerji aşağı düşüb.
Nazirliyin sözçüsü bildirib ki, İran tərəfi fövqəladə vəziyyətləri əsas gətirərək Bağdada qaz ixracının dayandırılması barədə rəsmi xəbərdarlıq edib.
Mövcud vəziyyətlə əlaqədar olaraq, İraq hakimiyyəti Neft Nazirliyi ilə birlikdə elektrik stansiyalarının yerli alternativ yanacaqla təmin olunması üçün tədbirlər görür.