AZ

Tovuzda avtomobil ağaca çırpıldı: xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

“Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
3
publika.az

4Mənbələr