Yazını böyüt
Yazını kiçilt
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az-ın xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.