AZ

Kaliforniyada güclü qasırğa

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Kaliforniya ştatında güclü qasırğa ciddi fəsadlar törədib.

Hafta.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, güclü qasırğa və yağışlar elektrik enerjisinin kəsilməsinə və yolların bağlanmasına səbəb olub.

ABŞ Milli Meteorologiya Xidməti Cənubi Kaliforniyadakı qasırğanın ciddi risk yaratdığını bildirib.

Məlumata görə, hazırda güclü yağışlar nəticəsində ştatın bəzi rayonlarında torpaq sürüşmələri baş verib və bəzi avtomobil yolları bağlanıb, ştat üzrə təxminən 101 min ev işıqsız qalıb.

Ştatın qubernatoru Qevin Nyusom Los-Anceles də daxil olmaqla bir neçə dairədə fövqəladə vəziyyət rejimi elan edib. Sinoptiklər bölgədə daşqınların, dağlıq ərazilərdə güclü qarın və sürəti saatda 130 kilometrə çatacaq küləklərin olacağını proqnozlaşdırır.

Seçilən
30
7
hafta.az

8Mənbələr