AZ

Kaliforniyada güclü qasırğa: 101 min ev işıqsız qaldı

ABŞ-ın Kaliforniya ştatında güclü qasırğa və yağışlar elektrik enerjisinin kəsilməsinə və yolların bağlanmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti Cənubi Kaliforniyadakı qasırğanın ciddi risk yaratdığını bildirib.

Hazırda güclü yağışlar nəticəsində ştatın bəzi rayonlarında torpaq sürüşmələri baş verib və bəzi avtomobil yolları bağlanıb, ştat üzrə təxminən 101 min ev işıqsız qalıb.

Ştatın qubernatoru Qevin Nyusom Los-Anceles də daxil olmaqla bir neçə dairədə fövqəladə vəziyyət rejimi elan edib. Sinoptiklər bölgədə daşqınların, dağlıq ərazilərdə güclü qarın və sürəti saatda 130 kilometrə çatacaq küləklərin olacağını proqnozlaşdırır. Yerli hakimiyyət orqanları əhaliyə səfər planlarını təxirə salmağı tövsiyə edib.

Bizim.Media

Seçilən
35
7
bizim.media

8Mənbələr