AZ

Oqtay Əsədovun qızı vəfat edib

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun kiçik qızı Nərminə Əsədova vəfat edib...

Poliqon lent.az-a istinadən xəbər verir ki, bu barədə sabiq spikerə yaxın şəxslər bildiriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Nərminə Əsədova iş adamı Kamran Balayevlə evli olub. Uzun illər Britaniyada yaşayan Kamran Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini vermişdi.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır. (modern.az)

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq spikerin 41 yaşlı qızı Nərminə Əsədova xərçəng xəstəliyindən əziyyət çəkib.

Allah rəhmət eləsin.

Poliqon.info

Seçilən
41
9
poliqon.info

10Mənbələr