AZ

Oqtay Əsədovun qızı dünyasını dəyişib

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun 41 yaşlı qızı Nərminə Əsədova vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
34
yeniavaz.com

10Mənbələr