AZ

TƏBİB-in tabeliyindəki xəstəxanalar üzrə bir sıra xərclər azaldılıb - FƏRMAN

Bakı. Trend:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsintabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığortaödənişləri və dotasiya məbləği üzrə xərclər azaldılıb.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbaritibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1milyard720 milyon 956 min 292 manatdan 1 milyard 642 milyon 956 min 292manata endirilib.

Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi iləbağlı xərclər 6 milyon manatdan 3 milyon manata, işğaldan azadolunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri 2 milyon500 min manatdan 1 milyon manata endirilib.

Seçilən
58
8
az.trend.az

10Mənbələr