AZ

TƏBİB-in tabeliyindəki xəstəxanalar üzrə bir sıra xərclər azaldılıb

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər azaldılıb.

APA-nın xəbərinə görə, bununla əlaqədar Prezident İlham Əliyevin imzaladığı Fərmanla İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 720 956 292,00 manatdan 1 642 956 292,00 manata endirilib.

Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 000 000,00 manatdan 3 000 000,00 manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri 2 500 000,00 manatdan 1 000 000,00 manata endirilib.

Seçilən
53
6
apa.az

10Mənbələr