AZ

Şəhid Musa Mustafayev adına küçədə aparılan asfaltlanma işlərinə baxış keçirilib » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində şəhidlərin adını daşıyan küçələrdə abadlıq tədbirləri mərhələli şəkildə həyata keçirilir. Bu çərçivədə Xoşçobanlı kəndində Vətən müharibəsi şəhidi Musa Mustafayevin adını daşıyan küçədə 300 metr uzunluğunda asfalt örtüyü döşənib.

25 dekabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının I müavini Tohid Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nahid Həsənov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi və bələdiyyə sədri ilə birlikdə sözügedən ərazidə görülmüş işlərlə tanış olub. Baxış zamanı asfalt örtüyünün texniki vəziyyəti və işlərin icra keyfiyyəti barədə məlumat verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Seçilən
21
50
azadmedia.az

10Mənbələr