ain.az, Mia.az saytına istinadən bildirir.
Tanınmış aparıcı Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb.
Məlumata görə, bu səhər yayımlanan verilişdən sonra "Space TV"nin rəhbəri Vado Korovin aparıcını yanına çağıraraq, onun proqramının 1 yanvar tarixindən etibarən dayandırılacağını bildirib.
Məlumata görə, onun aparıcısı olduğu səhər verilişi reklam şirkətlərindən birinə verilib. Həmin şirkətin isə fərqli məzmunda yeni bir veriliş hazırlayacağı qeyd olunub.
Səidə Bəkirqızının verilişinin dayandırılması ilə bağlı xəbəri "Space TV"dən təsdiqləyiblər. Verilişin yayımının daha dəqiq hansı səbəbdən dayandırılması açıqlanmayıb/Manset.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.