ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış aparıcı Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb.
Ölkə.Az Manset.az-a istinadən xəbər verir ki, bu səhər yayımlanan verilişdən sonra "Space TV"nin rəhbəri Vado Korovin aparıcını yanına çağıraraq, onun proqramının 1 yanvar tarixindən etibarən dayandırılacağını bildirib.
Məlumata görə, səhər verilişinin yerinə fərqli məzmunda yeni bir proqram hazırlanaq. Bununla bağlı yeni tərəfdaşla müqavilə imzalanıb.
Səidə Bəkirqızının verilişinin dayandırılması ilə bağlı xəbəri "Space TV"dən təsdiqləyiblər. Verilişin yayımının hansı səbəbdən dayandırılmasının təfərrüatı açıqlanmayıb.
Xatırladaq ki, bundan öncə də S.Bəkirqızının telekanaldan getdiyi bildirilirdi. Audiovizual Şuranının aparıcnın çıxışına görə "Space TV"nin yayımını müvəqqəti dayandırmışdı. Bəkirqızı bu səbəbdən fəaliyyətini dayandıracağı ilə bağlı açıqlama vermişdi. Daha sonra isə o yenidən verilişə qayıtmışdı. Aparıcı sosial şəbəkələr üzərindən də çıxışları ilə tanınır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.