Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Pakistan təhlükəsizlik qüvvələrinin Bəlucistan əyalətinin Kalat rayonunda həyata keçirdiyi kəşfiyyat əməliyyatı zamanı 8 terrorçu öldürülüb.
Bakıvaxtı.az "Geo News"a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
"Şiddətli atışmadan sonra Hindistanın maliyyələşdirdiyi 8 terrorçu öldürülüb", - məlumatda deyilir.
Yaraqlılardan silah, sursat və partlayıcı maddələr müsadirə edilib.
Qurum qeyd edir ki, hazırda ərazinin digər terrorçulardan təmizlənməsi üçün əməliyyatlar aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.