AZ

Pakistan təhlükəsizlik qüvvələri Bəlucistanda 8 terrorçunu zərərsizləşdirib

Pakistan təhlükəsizlik qüvvələrinin Bəlucistan əyalətinin Kalat rayonunda həyata keçirdiyi kəşfiyyat əməliyyatı zamanı 8 terrorçu öldürülüb.

Bakıvaxtı.az "Geo News"a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.

"Şiddətli atışmadan sonra Hindistanın maliyyələşdirdiyi 8 terrorçu öldürülüb", - məlumatda deyilir.

Yaraqlılardan silah, sursat və partlayıcı maddələr müsadirə edilib.

Qurum qeyd edir ki, hazırda ərazinin digər terrorçulardan təmizlənməsi üçün əməliyyatlar aparılır.

Seçilən
84
2
bakivaxti.az

3Mənbələr