Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun kiçik qızı Nərminə Əsədova vəfat edib.
Adalet.az xəbər verir ki,I bu barədə modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.
Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.
"Unikal"isə 40 yaşlı N.Əsədovanın xərçəng xəstəliyi səbəbindən vəfat etdiyini yazıb.
Mərhumun üç övladı var. Nərminə Əsədova iş adamı Kamran Balayevlə evli olub. Uzun illər Britaniyada yaşayan Kamran Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini vermişdi.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.
Allah rəhmət eləsin.