AZ

Azərbaycan İtaliya şirkəti ilə deqradasiya uğramış torpaqlarda pilot layihə həyata keçirir

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5sentyabr 2024-cü il tarixində İtaliyaya işgüzar səfəri çərçivəsindəAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, AzərbaycanDövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Eni S.P.A” şirkətiarasında imzalanmış anlaşma memorandumun icrası ilə bağlı işləricra edilməkdədir.

Bu barədə Trend-ə Kən Təsərrüfatı Nazirliyindən məlumatverilib.

Qeyd olunub ki, anlaşma memorandumu ölkəmizdə deqradasiyayauğramış torpaqlarda neft və onun törəmələrinə alternativ olacaqyağlı bitkilərin əkilməsi, növbəli əkin sistemində sideratbitkilərin tətbiqi ilə torpaq keyfiyyətinin yaxşılaşdırılması vəistifadə edilmiş bitki yağları tullantılarının valorizasiyasınınqiymətləndirilməsini əhatə edir. Həmçinin, memodarundum özündə“ENI” şirkətinin qabaqcıl təcrübəsi əsasında ölkədə mövcud ənənəvineft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsiimkanlarıda araşdırılacaq.

2025-ci il üzrə qeyd edilmiş istiqamətdə işlərin icrası məqsədiilə hazırlanmış fəaliyyət planına uyğun olaraq pilot layihəninicrasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin ƏkinçilikElmi-Tədqiqat İnstitutu tərəfindən şoran ərazilərdə istehsalsəmərəliliyinin təmin olunması və deqradasiyaya uğramış torpaqlarınmünbitliyinin bərpası istiqamətində Kürdəmir Təcrübə SınaqStansiyasında ”Azərbaycan şəraitində yağlı bitkilərin becərilməperspektivlərinin təyin edilməsi” adlı pilot layihə üzrə yazlıqtəcrübə əkinləri aparılıb.

Qlobal iqlim dəyişikliyi şəraitində neft və onun törəmələrinəalternativ olaraq bioyanacaq istehsalında yağlı bitkilərinistifadəsinin aktuallığı artmaqdadır və pilot layihə bu istiqamətdəölkəmizin potensial imkanlarını öyrənməyi hədəfləməkdədir. İqlimdəyişikliyinin təsirlərini yumşaltmaqla və kənd təsərrüfatıistehsalında yeni bitki növlərinin, eləcə də hər bölgənin torpaq vəiqlim şəraitinə uyğun sortların istifadəsinin zəruriliyi nəzərəalınaraq ilkin olaraq İtaliyadan gətirilmiş yağlı bitkilərinAzərbaycan şəraitində təcrübə əkinləri aparılıb. Burada əsas məqsədyeni sortların ölkə şəraitinə uyğunlaşma qabiliyyətini,məhsuldarlığını, biotik və abiotik stress amillərinə davamlılığınımüəyyənləşdirmək və yeni becərmə texnologiyalarını tətbiqetməkdir.

Layihənin icrası zamanı bitki toxumlarının cücərməqabiliyyətinin ISO standartına uyğunluğu, əkin sahəsi torpağınınaqrokimyəvi göstəriciləri və suvarma suyunun kimyəvi tərkibi təyinedilməklə gübrə norması müəyyən olunub, təsdiqlənmiş səpinnormaları və əkin sxemi üzrə təcrübə qoyulub. Təcrübədə xardalbitkisinin (Camelina sativa (L.) Crantz və Crambe abyssinicaHochst. ex R.E.Fr.) “Fms Brilhante”, “Caroline” və “Omega”,saflorun (Carthamus tinctorius L.) “CAR. Cw 99ol” və “Oscar”,günəbaxanın (Helianthus annuus L.) “RGT Angello”, “RGT Volcano”,“RGT Capitoll” və “Idillic”, gənəgərçəyin (Ricinus communis L.)“Mia”, “Tamar”, “Bhim+”, “Gch9” və “Evf701” sortlarından istifadəedilib.

Vegetasiya dövründə fenoloji müşahidələr aparılaraq bitkilərininkişaf fazaları qeyd edilib, fotosintetik parametrlərdənyarpaqların assimilyasiya səthi sahəsi ölçülüb, əkinlərdəfitosanitar vəziyyət qiymətləndirilib. Sortlar üzrə bitkilərinvegetativ və generativ inkişaf xüsusiyyətləri, yetişmə dövründə dənməhsuldarlığı təyin edilib.

Aparılmış tədqiqatın ilkin nəticələrinə əsasən, saflorbitkisinin hər iki sortunun, günəbaxan bitkisinin “RGT Angello”(6,74 t/ha) və “Idillic” (6,23 t/ha), eləcə də mexaniki yığımayararlı Braziliya mənşəli “Tamar” (2,53 t/ha) və Hindistan mənşəlihündürboylu “Bhim+” (2,80 t/ha) gənəgərçək sortlarınınməhsuldarlığa görə digərlərinə nisbətən daha üstün olduğu müəyyənedilib.

Ümumilikdə əldə edilən ilkin nəticələrə görə, seçilmiş sortlarıntoxumlarından alınan yağların ölkəmizdə kənd təsərrüfatının yeniistehsal sahəsi kimi bioyanacaq və ya mühərrik yağlarınınistehsalında istifadəsi perspektivinin olduğu qənaətinəgəlinib.

Anlaşma memorandumu çərçivəsində pilot layihələrin icrası davametdirilməkdədir. Elmi nailiyyətlərin dərc oluinması, yeni bitkinövlərinin təcrübə əkinlərinin qoyulması, deqradasiyaya uğramıştorpaqlarda bu bitkilərin əkinin iqtisadi qiymətləndirilməsi vəölkə üzrə bioyanacaq və ya mühərrik yağlarının istehsalında genişhəcmli əkin prespektivləri qiymətləndiriləcək.

Məqalədə:
Seçilən
35
6
az.trend.az

8Mənbələr