25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi anılıb.
Aznews.az xəbər verir ki, qəzada həyatını itirən insanların xatirəsi dekabrın 25-də Bakı vaxtı ilə saat 12:00-da Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükutla yad olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən, “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.