25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi anılıb.
APA xəbər verir ki, qəzada həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükutla yad olunub.