ABŞ hakimiyyəti Hindistanın Reliance Industries şirkətinə Rusiyanın Rosneft şirkətindən neft alışını davam etdirməyə imkan verən xüsusi icazə verib. Bu barədə Reuters mənbələrə istinadən yazır.
Məlumata görə, icazə bir ay müddətində qüvvədə olacaq.
Agentlik Kpler şirkətinin məlumatlarına istinadla bildirir ki, noyabrın 22-dən — ABŞ-ın Lukoil və Rosneft-ə qarşı sanksiyalarının qüvvəyə mindiyi tarixdən sonra — Reliance artıq Rusiya istehsalçısından təxminən 15 neft partiyası qəbul edib.
Reliance şirkəti bildirib ki, bu tədarüklər əvvəllər bağlanmış müqavilələr çərçivəsində həyata keçirilir və bütün sanksiya tələblərinə əməl olunur.
Şirkətin açıqlamasına görə, Rosneft ilə müqavilə üzrə Hindistana göndərilən sonuncu neft partiyası noyabrın 12-də yola salınıb. Noyabrın 20-dən sonra daxil olan neft Reliance-in sutkalıq gücü 660 min barel olan zavodlarında emal ediləcək.
N.Təbrizli