AZ

KİV: Vaşinqton Hindistanın "Reliance" şirkətinə "Rosneft"dən neft almağa icazə verib

Tətbiq olunmuş sanksiyalara baxmayaraq, Hindistanın "Reliance Industries" şirkəti ABŞ-dən Rusiyanın "Rosneft" şirkətindən neft alışını davam etdirməyə imkan verən xüsusi icazə alıb.

"Far.Az"un məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən yazıb.

Məlumata əsasən, icazə bir ay müddətində qüvvədə olacaq.

"Kpler" şirkətinin məlumatlarına istinadən agentlik qeyd edib ki, noyabrın 22-dən – ABŞ-nin "Lukoyl" və "Rosneft"ə qarşı sanksiyalarının qüvvəyə mindiyi vaxtdan bəri "Reliance" Rusiya istehsalçısından artıq 15-ə yaxın neft partiyası qəbul edib.

"Bu tədarüklər bütün sanksiya tələblərinə əməl olunmaqla davam etdirilən əvvəllər bağlanmış sövdələşmələrlə bağlıdır", - deyə "Reliance"dan izah ediblər.

Şirkət əlavə edib ki, noyabrın 12-də "Rosneft"lə olan müqavilə üzrə Hindistana çatdırılması nəzərdə tutulan sonuncu neft partiyası yüklənib. Noyabrın 20-dən sonra daxil olan neft "Reliance"ın 660 min barel/gün gücündə olan zavodlarında emal ediləcək.

Seçilən
69
2
far.az

3Mənbələr