ain.az, Apa.az portalına istinadən məlumat yayır.
2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsində gözlənilir.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
Bəyanatda qeyd edilib ki, növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcəkdir. Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.