AZ

Mərkəzi Bankdan 2026 cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama

ain.az, Marja.az portalına istinadən məlumat verir.

Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcəkdir.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Qeyd edilib ki, məzənnə sabitliyi qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcəkdir. Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcəkdir. Baza ssenari üzrə proqnozlara görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsində gözlənilir. Mərkəzi Bank növbəti ildə də özünün valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını və onun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdə saxlayacaqdır.  

2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcəkdir. Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların keçirilməsi davam etdiriləcəkdir. Mərkəzi Bank və fiskal orqanlar (ARDNF və Maliyyə Nazirliyi) arasında effektiv koordinasiya valyuta bazarının tarazlı fəaliyyətinə dəstək verəcəkdir.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
marja.az

5Mənbələr