AZ

Azərbaycanda minimum maaş iki dəfə çox arta bilər

Türkiyədə gələn il minimum əməkhaqqı 28 min 75 lirə (1,114 AZN) olacaq. Bu rəqəm ictimaiyyətimizdə birmənalı fikir yaratmayıb. Kimisi qonşu ölkənin getdikcə zəifləyən iqtisadiyyatı fonunda Azərbaycanda minimum əməkhaqqının az olduğunu vurğulayır, kimisi Türkiyə ilə müqayisəni uğursuz adlandırır.

Azərbaycanda da minimum əməkhaqqı 1000 manata çata biləcəkmi? Minimum maaş nə qədər olmalıdır?

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova Türkiyədə minimum əməkhaqqının təqribən 250 manat ekvivalentində artırıldığını deyib:

“İlk baxışda bu artım kifayət qədər müsbət və yüksək rəqəm kimi görünür. Lakin ərzaq və kommunal xərclərlə müqayisədə qiymətlər Azərbaycanla demək olar eyni səviyyədə, bəzi məhsullarda isə daha yüksəkdir. Digər mühüm məqam mənzil və kirayə xərcləridir. Hazırda minimum əməkhaqqı 22 104 lirə olduğu halda, kirayə qiymətləri əsasən 25-30 min lirə aralığındadır. Sosial-iqtisadi və psixoloji rahatlıq baxımından mənzil təminatı əsas şərtlərdən biridir. Bu yanaşma Azərbaycan üçün daha aktual hesab olunsa da, Türkiyədə kirayədə yaşamaq ciddi problem kimi qiymətləndirilmir. Bunun əsas səbəbi bank depozitləri üzrə illik faizlərin 38-50 faiz arasında dəyişməsidir. Bir çox hallarda vətəndaşlar daşınmaz əmlaka investisiya etməkdənsə, faiz gəlirləri hesabına kirayə xərclərini ödəməyi üstün tuturlar. Alıcıların digər seçimlərindən biri torpaq sahəsi alaraq azmərtəbəli bina tikməkdir. Bu zaman mənzillərin birində özləri yaşayır, bir neçəsini övladlarına verir, qalanlarını isə kirayə məqsədilə istifadə edirlər”.

İqtisadçı bildirib ki, həm Azərbaycanda, həm də Türkiyədə minimum əməkhaqqının artımı adətən inflyasiyanın sürətlənməsi ilə müşayiət olunur:

Seçilən
71
8
publika.az

10Mənbələr