AZ

Gürcüstan DTX-nin sabiq rəhbəri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvilini qətimkan tədbiri olaraq həbs cəzasına məhkum edib.

Publika.az xəbər verir ki, bununla bağlı qərar dekabrın 24-də axşam saatlarında elan edilib. İş üzrə məhkəməyəqədərki iclas 16 fevral saat 12:00-a təyin edilib.

Qeyd edək ki, məhkəmə iclası ittiham tərəfinin vəsatəti ilə qapalı keçirilib. Təqsirləndirilən şəxs Qriqol Liluaşvili məhkəmədə iştirak etməyib.

Seçilən
12
3
publika.az

6Mənbələr