AZ

Gürcüstanda keçmiş DTX rəisi həbs edildi

Ajans.az xəbər verir ki, qərar dekabrın 24-də axşam saatlarında elan edilib. İş üzrə məhkəməyəqədərki iclas 16 fevral saat 12:00-a təyin edilib. Məhkəmə iclası ittiham tərəfinin vəsatəti ilə qapalı keçirilib. Təqsirləndirilən şəxs Qriqol Liluaşvili məhkəmədə iştirak etməyib.

Məlumat üçün bildirək ki, prokurorluğa dindirilmək üçün gələn Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili dekabrın 23-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsinin əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almağı nəzərdə tutan maddələri ilə təqsirli bilinir. Günahı sübuta yetirilərsə, sabiq DTX rəisini 11 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Seçilən
6
4
Ajans.az

6Mənbələr