Gəncədə yol qəzası olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1999-cu il təvəllüdlü Elcan Quziryani xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır