AZ

“Azərbaycan Ermənistana neft qatarı ilə girdi” - Yunus Oğuz


"Ermənistanda fəallaşan revanşistlər həmişə deyirdilər ki,Azərbaycan Ermənistan ərazisinə tankla girəcək.AmmaAzərbaycan sübut etdi ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur vəsülhtərəfdarıdır". Bunu "Olaylar"a yazıçı-publisist, siyasişərhçi Yunus Oğuz deyib:

"Azərbaycan Ermənistana tankla yox, neft qatarıilə girib. Bu o deməkdir ki, Azərbaycan müharibəni yox, sülhü dəstəkləyir.Ermənistandakırevanşistqüvvələrinvəikiölkəarasındamünasibətlərinnormallaşmasını istəməyənləriniddialarınınəksinəolaraq son proses onu göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda əməkdaşlığın formalaşması və stabilliyin əldə edilməsində maraqlıdır. Ölkəmizin bu humanistaddımından sonra sülh sazişinin bağlanması əsas məsələ olaraq gündəmə gəlir. Çünki, sülh sazişini rəsmiləşdirmədən ikitərəfli əməkdaşlığın ömrü çox da uzun çəkməz. Belə bir sazişin olmaması iki dövlət arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələrin olmaması deməkdir. Düşünürəm ki, yaxın zamanlarda sülh müqaviləsi imzalanmalıdır ki, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə münasibətlər normallaşsın".

Qeyd edək ki, 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb . Xatırladaq ki,Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

18 dekabr tarixindəisəAzərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

Onu da qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində AzərbaycanBaş nazirinin müavini Şahin Mustafayev və ErmənistanBaş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb.

Seçilən
8
5
baki-xeber.com

6Mənbələr