AZ

Azərbaycan Ermənistana neft qatarı ilə girdi- YUNUSOĞUZ

"Ermənistanda fəallaşan revanşistlər həmişə deyirdilər ki,  Azərbaycan Ermənistan ərazisinə tankla girəcək.  Amma  Azərbaycan sübut etdi ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və  sülh  tərəfdarıdır". Bunu "Olaylar"a yazıçı-publisist Yunus Oğuz deyib: "Azərbaycan Ermənistana tankla yox, neft qatarı  ilə girib. Bu o deməkdir ki, Azərbaycan müharibəni yox, sülhü dəstəkləyir.  Ermənistandakı  revanşist  qüvvələrin  və  iki  ölkə  arasında  münasibətlərin  normallaşmasını istəməyənlərin  iddialarının  əksinə  olaraq   son proses onu göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və   regionda əməkdaşlığın formalaşması və stabilliyin əldə edilməsində maraqlıdır. Ölkəmizin bu humanist  addımından sonra sülh sazişinin bağlanması əsas məsələ olaraq gündəmə gəlir. Çünki, sülh sazişini rəsmiləşdirmədən ikitərəfli əməkdaşlığın ömrü çox da uzun çəkməz. Belə bir sazişin olmaması iki dövlət arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələrin olmaması deməkdir. Düşünürəm ki, yaxın zamanlarda sülh müqaviləsi imzalanmalıdır ki, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə münasibətlər normallaşsın".

Qeyd edək ki, 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb . Xatırladaq ki,  Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

18 dekabr tarixində  isə  Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

Onu da qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
5
olaylar.az

6Mənbələr