ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Misli premyer-liqasında 16-cı tur arxada qaldı, komandalar qış fasiləsinə yollandı. Turnir cədvəlində isə öyrəşmədiyimiz mənzərə var – zirvədə illərin hegemonu “Qarabağ” yox, “Sabah” qərarlaşıb.“Football-plus.az” xəbər verir ki, “Qarabağ” “qızıl”a həsrət qaldığı, “Neftçi”nin çempion olduğu 2020/21 mövsümündə - yaşadığı hadisələrlə yenidən üz-üzədi. Nə qədər qəribə səslənsə də, biri Bədavi Hüseynovun qol vurmasıdı. Bədavi sonuncu dəfə qol vuranda “Qarabağ” mövsümün sonunda çempionluğu 7 illik hegemonluqdan sonra “Neftçi”yə təhvil vermişdi.İkinci fakt isə odu ki, ağdamlılar son 5 ildə ilk dəfə qış fasiləsinə lider kimi yollanmır. Ba fakt da sonuncu dəfə 2020/21 mövsümündə yaşanmış və “köhlən atlar” titula həsrət qalmışdılar.Bu faktları xatırlatmaqla çempionluğun artıq “Sabah”ın əlində olduğunu iddia etmirik. Adamlar kimi, komandalar da taleyin axarını dəyişə bilir.MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.