AZ

Bədavi qol vuranda “Qarabağ” çempion ola bilmir! – iki şok fakt

Misli premyer-liqasında 16-cı tur arxada qaldı, komandalar qış fasiləsinə yollandı. Turnir cədvəlində isə öyrəşmədiyimiz mənzərə var – zirvədə illərin hegemonu “Qarabağ” yox, “Sabah” qərarlaşıb.

“Football-plus.az” xəbər verir ki, “Qarabağ” “qızıl”a həsrət qaldığı, “Neftçi”nin çempion olduğu2020/21 mövsümündə - yaşadığı hadisələrlə yenidən üz-üzədi. Nə qədər qəribə səslənsə də, biri Bədavi Hüseynovun qol vurmasıdı. Bədavi sonuncu dəfə qol vuranda “Qarabağ” mövsümün sonunda çempionluğu 7 ildən sonra “Neftçi”yə təhvil vermişdi.

İkinci fakt isə odu ki, ağdamlılar son 5 ildə ilk dəfə qış fasiləsinə lider kimi yollanmır. Ba fakt da sonuncudəfə 2020/21 mövsümündə yaşanmış və “köhlən atlar” titula həsrət qalmışdılar.

Bu faktları xatırlatmaqla çempionluğun artıq “Sabah”ın əlində olduğunu iddia etmirik. Adamlar kimi, komandalar da öz taleyini dəyişə bilir.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
12
1
football-plus.az

2Mənbələr