AZ

“Elektron siqaret məni məhv etdi” – Xərçənglə mübarizə aparan Pekkan üsyan etdi - FOTO

Ajda Pekkanın bacısı Semiramis Pekkan bir müddətdir mübarizə apardığı xərçəng xəstəliyi ilə bağlı açıqlamalar verib və xüsusilə gənclərə vacib xəbərdarlıqlar edib.

Milli.Az xəbər verir ki, daha əvvəl itini gəzdirərkən yıxıldığı üçün xəstəxanaya yerləşdirilən Pekkanın müayinələri zamanı ağciyərində kütlə aşkarlanıb.

Xərçəng müalicəsi alan Semiramis Pekkan xəstəliyinin səbəbi ilə bağlı təəccüblü açıqlamalar verib. Pekkan bildirib ki, həkimi ona əvvəllər istifadə etdiyi tütün məhsullarının xəstəliyinə təsir etdiyini deyib və elektron siqaretlərin düşünüldüyü qədər zərərsiz olmadığını vurğulayıb.

"Heç kim elektron siqaret tüstüsünün pis qoxumadığını düşünməməlidir; bu, çox zərərlidir. Gənc dostlarım heç vaxt tütündən istifadə etməməlidirlər", - deyən Pekkan keçmişdə qazandığı bu vərdişin bədəlini bu gün ödədiyini əlavə edib.

Elektron siqaret və tütün istifadəsinin ona ciddi təsir etdiyini bildirən Pekkan pərəstişkarlarını "Elektron siqaret adlandırdıqları və daha az zərərli olduğunu iddia etdikləri bu cihazlar məni məhv etdi. O vaxtlar normal görünürdü, zərərini bilmirdik. Amma indi zərərlərini aydın şəkildə görürük" sözləri ilə xəbərdar edib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
7
2
milli.az

6Mənbələr