AZ

Rusiya: ABŞ Ukrayna böhranı ilə bağlı mövqeyimizin bütün parametrlərini bilir

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Amerika rəsmiləri arasında görüşün nəticələrinə əsasən mövqelərini müəyyən edəcəklərini bildirib və əlavə edib ki, "Amerikalı həmkarlarımız Rusiyanın mövqeyinin bütün parametrlərini yaxşı bilirlər".Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ rəsmiləri ilə görüşüb və Putin görüşün nəticələri barədə məlumatlandırılıb.Görüşün məzmunu barədə məlumat vermək istəmədiklərini vurğulayan Peskov bildirib ki, "Prezidentin aldığı məlumatlara əsasən mövqeyimizi müəyyənləşdirməyi və mövcud kanallar vasitəsilə əlaqələrimizi davam etdirməyi hədəfləyirik. Amerikalı həmkarlarımız Rusiyanın mövqeyinin bütün parametrlərindən yaxşı xəbərdardırlar".Peskov həmçinin ABŞ-ın Ukrayna böhranının həlli planının 20 bənddən ibarət olması ilə bağlı iddialara münasi-bət bildirməkdən imtina edib.Putinlə Fransa prezidenti Emmanuel Makron arasında dialoqun yenidən başlama ehtimalını şərh edən Peskov, "Bu məsələ ilə bağlı təklif alsaq, sizə məlumat verəcəyik" dedi.Mətbuat katibi Peskov həmçinin Putinin dünən Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşündə Rusiya bazalarının taleyinin müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
icma.az

3Mənbələr