ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
Ronaldo adada 2 villa aldı
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ümumi dəyəri 8 milyon avro olan iki villa alıb.
QOL.az “Saudi Gazette”yə istinadən xəbər verir ki, bu mülklər Qırmızı dənizdəki Nucuma adasında yerləşir.
40 yaşlı futbolçu bununla bağlı fikirlərini də bölüşüb: "Ada hər tərəfdən həqiqətən inanılmazdır. İlk səfərimizdən Corcina və mən adaya və onun heyrətamiz təbii gözəlliyinə dərin bir bağlılıq hiss etdik. Bu, sülh və əmin-amanlıq tapdığımız bir yerdir".
Villalar məşhur Britaniya memarı Lord Norman Foster tərəfindən layihələndirilib və yalnız qayıq və ya amfibiya təyyarələri ilə ora getmək mümkündür. Ziyarətçilər əvvəlcə Qırmızı Dəniz Beynəlxalq Hava Limanına eniş etməlidirlər.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. Onun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.