AZ

Ronaldo adada 2 villa aldı

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ümumi dəyəri 8 milyon avro olan iki villa alıb.

QOL.az “Saudi Gazette”yə istinadən xəbər verir ki, bu mülklər Qırmızı dənizdəki Nucuma adasında yerləşir.

40 yaşlı futbolçu bununla bağlı fikirlərini  də bölüşüb: "Ada hər tərəfdən həqiqətən inanılmazdır. İlk səfərimizdən Corcina və mən adaya və onun heyrətamiz təbii gözəlliyinə dərin bir bağlılıq hiss etdik. Bu, sülh və əmin-amanlıq tapdığımız bir yerdir.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. Onun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

Seçilən
37
1
teleqraf.com

2Mənbələr