AZ

Elmar Baxşıyevin yerinə bu məşqçi namizəd GÖSTƏRİLİR

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Qış fasiləsi yaranan kimi Elmar Baxşıyevlə yollarını ayıran “Araz-Naxçıvan” yeni baş məşqçi axtarışlarını sürətləndirib.Bizim.Media xəbər verir ki, Premyer Liqa klubunda bu posta iki namizəd var.Onlardan biri əcnəbi, digəri isə yerlidir. Naxçıvanlılar üçün prioritet Andrey Demçenkodur. Ukraynalı mütəxəssis bu ayın 4-də Qazaxıstan klubu “Jenis”dən ayrılıb.Hətta bu qərarda “Araz-Naxçıvan”a keçmək istəyi böyük rol oynayıb.

 

2012-ci ildən məşqçiliyə başlayan 49 yaşlı çalışdırıcı əsasən ölkəsi Ukraynada fəaliyyət göstərib. 2021-ci ildə Gürcüstana köçən Demçenko iki il “Dila”ya, bir il isə Batumi “Dinamo”suna rəhbərlik edib. O, 2023 mövsümündə “Dinamo”ya Gürcüstan çempionluğunu da qazandırıb.

“Araz-Naxçıvan”ın B variantı isə Samir Abasovdur. Cari mövsümə “Neftçi”nin “sükanı arxasında” başlayan Abasov Premyer Liqanın 12-ci turunda “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.Demçenkonun tələbləri yüksək olduğu üçün ondan imtina edilərək Abasovla anlaşılması da realdır.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
bizim.media

3Mənbələr