AZ

Elmar Baxşıyevin yerinə bu məşqçi namizəd GÖSTƏRİLİR

Qış fasiləsi yaranan kimi Elmar Baxşıyevlə yollarını ayıran “Araz-Naxçıvan” yeni baş məşqçi axtarışlarını sürətləndirib.

Paralel.az xəbər verir ki , Premyer Liqa klubunda bu posta iki namizəd var.

Onlardan biri əcnəbi, digəri isə yerlidir. Naxçıvanlılar üçün prioritet Andrey Demçenkodur. Ukraynalı mütəxəssis bu ayın 4-də Qazaxıstan klubu “Jenis”dən ayrılıb.

Hətta bu qərarda “Araz-Naxçıvan”a keçmək istəyi böyük rol oynayıb.
 

2012-ci ildən məşqçiliyə başlayan 49 yaşlı çalışdırıcı əsasən ölkəsi Ukraynada fəaliyyət göstərib. 2021-ci ildə Gürcüstana köçən Demçenko iki il “Dila”ya, bir il isə Batumi “Dinamo”suna rəhbərlik edib. O, 2023 mövsümündə “Dinamo”ya Gürcüstan çempionluğunu da qazandırıb.


“Araz-Naxçıvan”ın B variantı isə Samir Abasovdur. Cari mövsümə “Neftçi”nin “sükanı arxasında” başlayan Abasov Premyer Liqanın 12-ci turunda “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Demçenkonun tələbləri yüksək olduğu üçün ondan imtina edilərək Abasovla anlaşılması da realdır.

Seçilən
11
2
paralel.az

3Mənbələr