AZ

Oyuncaq aldı, sistem içki və tütün məhsulu kimi tanıdı ƏDV ni qaytarmadı FOTO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bakıda fəaliyyət göstərən mağazalardan birində alıcı maraqlı vəziyyətlə qarşılaşıb.

Milli.Az-ın məlumatına görə, vətəndaş "dekoliv" adlı dükandan 19.90 manat dəyərində oyuncaq alıb və ödənişi QR kod vasitəsilə həyata keçirib.

Lakin ƏDV-ni geri almaq üçün çekdəki məlumatı sistemə daxil etdikdə ona "tütün və spirtli içkilərə ƏDV qaytarılmır" bildirişi gəlib.

Vətəndaş isə spirtli içki və ya tütün deyil, sadəcə oyuncaq aldığını qeyd edib və bu uyğunsuzluğun səbəbinin izah edilməsini istəyib.

Mina Mikayılova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
2
news.milli.az

3Mənbələr