AZ

Semenyo seçim qarşısında – “Mançester Siti” bir addım öndə

“Bornmut”da çıxış edən futbolçu Antuan Semenyonun “Mançester Siti”yə transfer olunacağı ehtimal edilir.

Msport.az xəbər verir ki, 25 yaşlı hücumçu “Liverpul”, “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem”in təklifini rədd edib.

Qanalı forvard Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyir. Mümkün keçidin qış transfer dönəmində 75 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Antuan Semenyo cari mövsüm “Bornmut”da 16 oyuna çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
6
2
msport.az

4Mənbələr