İngiltərənin "Bornmut" komandasında çıxış edən futbolçu Antuan Semenyonun "Mançester Siti"yə transfer olunacağı ehtimal edilir.
"İki sahil" "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "Liverpul", "Mançester Yunayted", "Çelsi" və "Tottenhem"in təklifini rədd edib.
Qanalı forvard Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyir. Mümkün keçidin qış transfer dönəmində 75 milyon avroya başa gələcəyi gözlənilir.
Qeyd edək ki, Antuan Semenyo cari mövsüm "Bornmut"da 16 oyuna çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.