AZ

Tramp Azərbaycana görə Paşinyana hədiyyə göndərdi

Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüşdə erməni səfir ABŞ Prezidenti Donald Trampa Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün göstərdiyi ardıcıl səylərə, eləcə də 8 avqustda Ağ Evdə imzalanan tarixi saziş və sənədlərə görə təşəkkürünü bildirib.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp Ermənistan xalqını təbrik edərək, onların davamlı sülhə layiq olduğunu vurğulayıb və sülh prosesinə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib.

Prezident Tramp həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın liderliyini və sülh prosesinin irəliləməsindəki mühüm rolunu vurğulayıb.

Seçilən
23
7
publika.az

10Mənbələr